“Gəncə”nin baş məşqçisi: “Kuboku qazanmaq istəyirik”

29.03.2025

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Gəncə” basketbol klubunun baş məşqçisi Halil Atlı “Naxçıvan” ilə oyunla bağlı fikirlərini bölüşüb:

Futbolpress.az xəbər verir ki, mütəxəssis 86:80 hesabıyla qalib gəldikləri matçla bağlı bunları deyib:

“Rəqibi mübarizə əzminə görə təbrik edirəm. “Naxçıvan”nın baş məşqçisi çempionatda təcrübəlilərdəndir. Böyük hədəflər üçün mübarizə aparmağa alışmış mütəxəssisdir. Belə bir rəqibə qarşı qalib gəldiyimizə görə sevincliyik. Komandamı təbrik edirəm. Meydançaya daxil olan bütün oyunçularımız möhtəşəm oyun göstərdilər. Əvvəlcədən danışdığımız planları reallaşdıra bildik. Qələbəmiz Gəncəyə, azarkeşlərə ərmağan olsun. Növbəti matçımız finaldır. İnşallah, kuboku qazanmaq istəyirik”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью