“Gəncə”nin baş məşqçisi: Rəqib komandanı yaxşı mübarizəsinə görə təbrik edirəm

27.02.2025

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rəqib komandanı yaxşı mübarizəsinə görə təbrik edirəm.

Gununsesi.info xəbər verir ki, bunu “Gəncə”nin baş məşqçisi Halil Atlı Azərbaycan Basketbol Liqasının XV turunda “Sumqayıt”la oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis qələbəyə görə sevincli olduqlarını bildirib:

“Bu oyundakı qələbəni komandamızın həkiminə həsr edirik. Onun səhhətində problemlər vardı, uğurlu cərrahiyyə əməliyyatı keçirdi. Hazırda özünü yaxşı hiss edir. Bir müddətdir ki, bizimlə birgə deyil. İnşallah, ən qısa zamanda bir yerdə olacağıq. Rəqibi mübarizəsinə görə təbrik edirəm. Kapitan olmadan oynadıq, qələbəyə görə uşaqlara minnətdaram. Rotasiyadan tam yararlanmağa çalışdıq. Yaxşı oynadıq, bununla belə çatışmazlıqlar var. Bunları aradan qaldırıb sıx qrafiklə oynamağa başlayacağıq”.

Qeyd edək ki, “Sumqayıt” – “Gəncə” matçı ikincilərin 91:80 hesablı qələbəsi ilə yekunlaşıb.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью