Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Gəncə şəhərində Ekoloji Park Kompleksinin ərazisində yanğın başlayıb. Hazırda kompleksin yaşıllıq sahəsində yanğın davam edir.
Alovun söndürülməsi üçün Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi əraziyə cəlb olunub.
Məlumat üçün bildirək ki, ətraf mühitin qorunması və istirahət məqsədilə nəzərdə tutulan Ekoloji Park Kompleksinin ümumi sahəsi 11 hektardır. Kompleks Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nəzdində fəaliyyət göstərir.