“Gəncə”nin ilk sınağı

07.10.2026

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

“Gəncə” basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk oyununa çıxacaq.

Futbolpress.az xəbər verir ki, Azərbaycan təmsilçisi bu gün Türkiyədə “Esenler Erokspor”la qarşılaşacaq. Matça saat 20:00-da start veriləcək.

“Gəncə” qrup mərhələsində “Universitatya Krayova” (Rumıniya), “Sportinq” (Portuqaliya), “Rilski Sportist” (Bolqarıstan) və “Kolossos”la (Yunanıstan) da üz-üzə gələcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью