Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
“Gəncə” basketbol klubu bu gün Avropa kubokunda C qrupunun 6-cı turunun oyununa çıxacaq.
Futbolpress.az xəbər verir ki, Murat Dikmenin rəhbərlik etdiyi kollektiv evdə Türkiyənin “Esenler Erokspor” klubunu qəbul edəcək. Gəncə İdman Sarayında baş tutacaq görüşə saat 19:00-da start veriləcək.
“Gəncə” bundan əvvəl “Esenler Erokspor”a (63:92), “Universitat Krayova”ya (96:105), “Kolossos”a (62:80) uduzub, “Sportinq”ə isə qalib gəlib (69:67).