Gəncənin su təchizatı və kanalizasiya sistemləri ilə bağlı memorandum imzalandı Video

14.11.2024

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti Odil Reno-Basso ilə görüşüb.

Gununsesi.info-nun məlumatına görə, görüşdə tərəflərin iştirakı ilə “Gəncə şəhərində su təchizatı və kanalizasiya sistemlərinin, yağış sularının idarəetmə sisteminin yenidən qurulması və tullantı sularının təmizlənməsi qurğusunun tikintisi üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Avropa Yenidənqurma və İnkişaf Bankı arasında Anlaşma Memorandumu”nun imzalanması mərasimi olub.

Həmin tədbirdən görüntüləri təqdim edirik:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью