Gəncənin Xan bağı daha gözəl olacaq

03.11.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərin qədim istirahət məkanlarından olan Xan Bağında olub.

Şəhər rəhbəri bağın ərazisindəki mövcud vəziyyətlə tanış olub, istirahət məkanının daha da abadlaşdırılması və burada aparılması nəzərdə tutulan quruculuq işləri ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib. Tapşırıqların icrası zamanı ərazinin tarixi və mədəni xüsusiyyətlərinin qorunması, bağın sakinlər və şəhər qonaqları üçün daha rahat istirahət məkanına çevrilməsi diqqətdə saxlanılmalıdır.

Görüş zamanı vurğulanıb ki, Xan bağı Gəncənin tarixi yaddaşını yaşadan və şəhər sakinlərinin sevimli istirahət ünvanlarından biri olan məkanlardandır. Bu cür məkanların qorunması, ərazinin abad saxlanılması və gələcək nəsillərə layiqincə çatdırılması daim diqqət mərkəzində olmalıdır.

Aparılacaq işlərin Xan bağının gözəlliyinin və cəlbediciliyinin daha da artırılmasına, sakinlərin və şəhər qonaqlarının burada rahat istirahət etməsinə xidmət edəcəyi bildirilib.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью