Gəncəsər monastırına səfər etdilər

21.09.2026

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Alban-Udi xristian dini icmasının üzvlərinin Gəncəsər monastır kompleksinə səfərləri başlayıb.

"AzPolitika" xəbər verir ki, Alban-Udi xristian dini icmasının üzvləri rayonun Vəngli kəndində yerləşən Gəncəsər monastırını ziyarət ediblər.

XIII əsrə aid olan Gəncəsər monastır kompleksi Alban xristian irsinin mühüm nümunələrindən biri hesab edilir. Xaçın çayının sol sahilində yerləşən monastır orta əsrlərdə Alban Kilsəsinin mərkəzi iqamətgahlarından biri olub. Monastırın əsası 1216-cı ildə qoyulub və tikinti işləri XIII əsrdə tamamlanıb.

Gəncəsər monastırını ilk dəfə ziyarət edən nümayəndələr burada dini ayinləri icra ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью