“Gənclər apteklərdən narkotik maddə alıb çəkir”

16.12.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

“Gənclər nəinki siqaret, həm də apteklərdən narkotik maddə alıb çəkir”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Eldar İbrahimov Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan “Tütün və tütün məmulatı haqqında” Qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.

“Nəzarət eləmək olmur. Gərək biz hamılıqla bu məsələyə nəzarət edək. Ən vacib məsələ, bu qanunun yerinə yetirilməsi üçün mexanizm olsun”, - deyə millət vəkili qeyd edib.  

Nuranə Daxilqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью