Gənclər arasında xərçəng xəstəliyinin artmasının səbəbi nədir?

09.10.2026

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Ölkə.az “HuffPost” nəşrinə istinadla xəbər verir ki, bu barədə onkoloq-radioloq İrji Kubeşa danışıb.

Mütəxəssisin sözlərinə görə, son illərdə 50 yaşdan aşağı insanlarda süd vəzi, bağırsaq, böyrək, qaraciyər, mədəaltı vəzi, prostat vəzi və uşaqlıq xərçənginin yeni hallarının sayı əhəmiyyətli dərəcədə artıb. Bununla belə, həkim qeyd edib ki, bu xəstəliklər diaqnozu qoyulan xəstələrin əksəriyyəti hələ də yaşlı insanlardır.

Onun sözlərinə görə, gənclərdə xərçəng riskini piylənmə, qidalanma xüsusiyyətləri, alkoqol qəbulu, fiziki aktivliyin azlığı və ətraf mühit amillərinin təsiri artıra bilər.

“Biz ehtiyatlı olmalıyıq. Elmi mənzərə daha mürəkkəb olduğu halda, gənclərə müəyyən həyat tərzinə görə özlərində xərçəng xəstəliyinə səbəb olduqlarını demək olmaz”, – deyə o xəbərdarlıq edib.

Həkim 50 yaşdan aşağı insanlarda xərçəngin daha çox aşkarlanmasının digər səbəbi kimi yeni diaqnostika üsulları sayəsində xəstəliklərin daha erkən müəyyən edilməsini göstərib. Bu üsullar əvvəllər aşkar edilmədən qalan şişləri müəyyən etməyə imkan verir. Bundan əlavə, son illərdə insanlar tibbi yardıma daha erkən müraciət etməyə başlayıblar.

Bununla yanaşı, onkoloq gəncləri statistik göstəricilərə görə təşvişə düşməməyə, lakin yaşlarına güvənərək qeyri-adi və ya uzun müddət davam edən simptomları da görməzdən gəlməməyə çağırıb.

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью