Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq. Ötən əsrin sonlarında Azərbaycanda milli-azadlıq hərəkatı genişlənmişdi.
Bu hərəkat Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin mübarizəsi idi.
Əvvəllər dərnəklər formatında başlayan mübarizədə gənclər olduqca fəal idilər – universitetin, institutların, texnikumların tələbələri, yuxarı sinif şagirdləri, Elmlər Akademiyasının elmi işçiləri, aspirantları, müəllimlər, ümumiyyətlə Azərbaycan gəncliyi, Azərbaycan gəncləri tarixin axarını dəyişmək uğrunda gedən mübarizəniin mücahidləri idilər.
1990-cı ilin yanvarında Azərbaycanın gəncləri imperiyanın qoşunlarının qarşısını qətiyyətlə kəsdi.
Azərbaycanda milli-azadlıq hərəkatını söndürmək istəyən imperiya Azərbaycanda Azərbaycan gənclərinin möhtəşəm hərəkatına məğlub oldu.1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi haqqında Konstitusiya Aktı qəbul olundu.
Tarix təsdiqlədi ki, həqiqətən də “Zülmün topu var, gülləsi var, qələsi varsa, Haqqın da bükülməz qolu, dönməz üzü vardır”, “Su axan arxdan bir də axır”...Azərbaycanda dövlət çevrilişinə cəhdlər göstəriləndə, separatçılar baş qaldıranda milli qarşıdurma yarananda xalq ciddi təkidlə böyük tarixi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etdi.
Ən böyük azərbaycanlı hakimiyyətə qayıtdı. Xalqa müraciət edəndə bu çağırışa milyonlar hay verdi.Ordu yarananda da, döyüşə-döyüşə formalaşan
Birinci Qarabağ müharibəsində döyüşlərdə də ön sıradaydılar, Vətən naminə ən ağır döyüşlərə gedəndə də boyları görünürdü.