Gənclər Azərbaycanın inkişafına öz töhfələrini verməkdədir ŞƏRH | Icma.az
Ses qazeti saytına istinadən Icma.az xəbər verir. Azərbaycanın müstəqillik yolu boyunca gənclər hər zaman dövlətimizin əsas diqqət mərkəzind
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Bu siyasət gənclərin sosial, intellektual və mədəni inkişafını təmin etməklə yanaşı, onların ölkəmizin gələcəyi naminə aparıcı qüvvəyə çevrilməsinə şərait yaratmışdır.
Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır.
Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir.” Bu dərin fikirlər gənclərimiz üçün bir yol xəritəsi kimi qalmaqdadır.
Gənclərin vətənpərvər ruhda tərbiyəsi, onların yüksək təhsil alması və mənəvi dəyərlərimizi qorumaqla müasir çağırışlara cavab verə bilən vətəndaşlar kimi yetişməsi daim diqqət mərkəzində olmuşdur.
Ulu Öndərin gənclər siyasətinin ən əhəmiyyətli addımlarından biri 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü elan edilməsidir.
1997-ci ildə imzalanmış müvafiq sərəncamla təsis edilən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd edilmişdir.
Tam oxu
Xəbəri oxu