Gənclər iş tapmaqda ciddi problemlərlə üz üzədirlər Deputat

10.02.2026

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

"Azərbaycanda bir çox sahələrə ciddi investisiya qoyuluşuna ehtiyac var. Bunlardan birincisi kənd təsərrüfatıdır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib. 

O bildirib ki, ölkəyə idxalın həcmi ildən-ilə artır: "Ona görə kənd təsərrüfatına investisiya qoymaq lazımdır. Həmçinin, ölkəmizdə maşınqayırma və yüngül sənayenin inkişafına investisiya qoyulmalıdır. Yeni iş yerlərinin açılmasına çox böyük ehtiyac var. Xüsusilə gənclər iş tapmaqda ciddi problemlərlə üz-üzədirlər".

Anar Kəlbiyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью