“Gənclər, mən sizə inanıram, güvənirəm” | Icma.az
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasəti Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri olmuşdur.
Heydər Əliyevin “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” fikri azərbaycançılıq məfkurəsinə söykənərək, gənclərin milli dəyərlər əsasında formalaşmasının zəruriliyini vurğulamışdır.
Onun yaratdığı bu ideologiya cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir".
Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Rafael Hacıbəyli deyib.
O bildirib ki, Prezident İlham Əliyev gəncləri Azərbaycanın gələcəyinin təminatçıları kimi qiymətləndirir və bu yöndə ardıcıl siyasət həyata keçirir: "Dövlət başçısı gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, onların həm yerli, həm də beynəlxalq arenada fəal iştirakı üçün şərait yaratmağa xüsusi diqqət ayırır.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən hər il 2 fevral - Gənclər Günü münasibətilə istedadlı və fəal gənclər mükafatlandırılır.
Bu, onların gördüyü işlərin dövlət səviyyəsində tanınması və gələcək fəaliyyətlər üçün motivasiya qaynağıdır.
Tam oxu
Xəbəri oxu