Gənclər siyasəti: milli maraqlarla mənəvi dəyərlərin vəhdəti | Icma.az
Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı ilə gənclər sahəsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir.
Ulu Öndər gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən edən bir çox fərman və sərəncamlar imzalamışdır.
Heydər Əliyev çıxışlarında vurğulayırdı ki, gənclər millətin irsini, mədəniyyətini və dövlətçiliyini qoruyub inkişaf etdirmək üçün əsas sütundur.
Ümummilli Liderin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması gənclər siyasətinin institusional əsaslarını möhkəmləndirdi.
1997-ci il 2 fevral tarixində Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Gəncləri Günü elan edildi.
Bu qərar gənclərin dövlət siyasətində nə qədər vacib yer tutduğunu və onlara göstərilən diqqəti bir daha təcəssüm etdirirdi.
Heydər Əliyevin gənclər siyasəti təkcə təhsil və məşğulluq deyil, həm də gənclərin milli-mənəvi dəyərlərə bağlılığını və onların cəmiyyətdə fəal iştirakını təmin etmişdir.
Tam oxu
Xəbəri oxu