futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Kikboksinq Federasiyası və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə sentyabrın 11-də Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində şəhidlərimizin əziz və unudulmaz xatirəsinə həsr edilmiş kikboksinq üzrə yoldaşlıq turniri təşkil olunacaq.
Futbolpress.az xəbər verir ki, turnirdə idmançılarla yanaşı, şəhid ailələrinin üzvləri, qazilər, məşqçi heyəti və ictimaiyyət nümayəndələri iştirak edəcəklər.
Yarışın keçirilməsində əsas məqsəd şəhidlərin əziz xatirəsini ehtiramla yad etmək, onların şərəfli qəhrəmanlıq salnaməsini gənc nəslə aşılamaq, gənclər arasında vətənpərvərlik hissəsini gücləndirmək və sağlam həyat tərzini təbliğ etməkdir.