Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qazaxıstan paytaxtında “Gələcəyin oyunları” beynəlxalq idman turniri çərçivəsində “Phygital Sports Summit Astana 2026” toplantısı keçirilir.
Mərasimdə Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov iştirak edir.
Məclisdə Qazaxıstan turizm və idman naziri Yerbol Mırzabosınov açılış nitqi söyləyib.
Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Özbəkistan və Belarusun idman nazirləri, beynəlxalq idman təşkilatlarının nümayəndələri, texnologiya şirkətlərinin təmsilçiləri və müxtəlif ölkələrin mütəxəssisləri iştirak edirlər.
Sammitin proqramına bədən tərbiyəsi idmanının inkişafı, beynəlxalq əməkdaşlıq, rəqəmsal texnologiyalar, innovasiya və idman sənayesinin perspektivləri mövzularında panel sessiyaları daxildir.
Qabil YUSİFOĞLU
XQ