Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Ölkəmizdə səfərdə olan Şimali Makedoniya Respublikasının idman naziri Borko Ristovskinin rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti gənclər və idman naziri Fərid Qayıbovla görüşüb.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Şimali Makedoniya Respublikasının İdman Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
Qabil YUSİFOĞLU
XQ