Gənclər və idman nazirinin vətəndaş qəbulu

12.09.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sentyabrın 11-də gənclər və idman naziri Fərid Qayıbov Xaçmaz və Şabran rayon sakinlərini qəbul edib.

Şabran rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda vətəndaşları diqqətlə dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda sentyabr ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

Qabil YUSİFOĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью