Gənclər və İdman Nazirliyi dövlət qurumlarını təltif edib

16.12.2024

Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında müxtəlif idman növləri üzrə ilboyu keçirilmiş yarışlarda fərqlənən dövlət qurumları təltif ediliblər.

"Report" xəbər verir ki, Gənclər və İdman Nazirliyində keçirilən tədbirdə nazir Fərid Qayıbov yarışlarda fəal iştiraka görə bütün dövlət qurumlarına təşəkkür edib və ilk üç yeri tutan qurumlara xüsusi kubokları təqdim edib.

Fövqəladə Hallar Nazirliyi birinci yeri tutub. Dövlət Neft Şirkəti ikinci, Daxili İşlər Nazirliyi isə üçüncü yerdə qərarlaşıblar.

Qeyd edək ki, dövlət qurumlarının əməkdaşları il ərzində 19 idman növündə - minifutbol, üzgüçülük, bilyard, stolüstü tennis, voleybol, nərd, atletika, idman dırmanması, basketbol, qolf, şahmat, avarçəkmə, kamandan oxatma, badminton, atıcılıq, nərd, padel, çimərlik voleybolu, velosiped idman növləri üzrə 28 turnirdə qüvvələrini sınayıblar.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью