Gənclər və İdman Nazirliyi Safeguarding platformasını istifadəyə verib

21.11.2026

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Bu barədə SİA-ya nazirliyin mətbuat xidmətindən bildirilib.

Yeni platforma idman mühitində təhlükəsizliyin təmin edilməsinə, idmançıların, xüsusilə uşaqların və həssas qrupların hüquqlarının qorunmasına, zorakılıq, ayrı-seçkilik və digər arzuolunmaz halların qarşısının alınmasına xidmət edir.

İdmançılar, valideynlər, məşqçilər, hakimlər, könüllülər, federasiya və klub əməkdaşları, eləcə də digər şəxslər bu sahədə müşahidə etdikləri narahatedici məqamlarla bağlı linkə daxil olaraq istənilən vaxt məxfi şəkildə müraciət edə bilərlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью