Gənclər və İdman Nazirliyində görüş

27.08.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avqustun 26-da gənclər və idman naziri Fərid Qayıbov Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriçi qəbul edib.

Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycanda voleybolun inkişafı, ölkəmizdə keçirilən beynəlxalq yarışlar, Azərbaycan Voleybol Federasiyası ilə CEV arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Görüşdə nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov və CEV-in vitse-prezidenti Qay Juvet də iştirak ediblər.

Qabil YUSİFOĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью