Gənclər və İdman Nazirliyində VI İslam Həmrəyliyi Oyunlarına hazırlıq müzakirə olunub AZƏRTAC

19.11.2024

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 19 noyabr, AZƏRTAC

Gənclər və İdman Nazirliyində İslam Həmrəyliyi İdman Assosiasiyasının (ISSA) baş katibi Nasser Ayman Majali ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanda idman sahəsində görülən işlər və qazanılan uğurlar haqqında qonağa məlumat verib.

Görüşdə ölkəmizin təşkilatla əlaqələri, eləcə də gələn il keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarına hazırlıq və digər məsələlər müzakirə edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью