Gənclər yığmasının baş məşqçisi müəyyənləşib

28.02.2025

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın U-21 komandasının yeni baş məşqçisi müəyyənləşib.

İdman.biz xəbər verir ki, Sport24.az saytı AFFA-nın gənclər yığmasının "sükanını" "Şamaxı"nın çalışdırıcısı Ayxan Abbasova tapşıracağı barədə məlumat yayıb.

Bildirilir ki, Abbasov həm klubda, həm də yığmada fəaliyyət göstərəcək.

AFFA-nın planına əsasən, "Şamaxı" gənclər yığmasının əsas bazası olacaq.

Qeyd edək ki, Samir Əliyevin istefasından sonra U-21-in baş məşqçisi vəzifəsi boş qalmışdı.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью