Gənclərdə xərçəng artır: Alimlər səbəbləri açıqladı | Icma.az
News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Son 50 ildə dünyada xərçəngdən ölüm halları əhəmiyyətli dərəcədə azalsa da, 50 yaşdan aşağı şəxslər arasında xərçəngə tutulma hallarında ciddi artım müşahidə olunub.
Yeni bir araşdırmaya görə, 1990-cı illərdən bu yana 20-49 yaş arası insanlarda xərçəng diaqnozlarının sayı 23% artıb.News24.az xəbər verir ki, Amerika Klinik Onkologiya Cəmiyyəti “NHS” məlumatlarına əsaslanaraq 50 ili əhatə edən araşdırma aparıb.Bu araşdırmanın nəticələrinə əsasən, 1973-cü ildə hər 100 000 nəfərə 328 ölüm halı düşdüyü halda, 2023-cü ildə bu göstərici 252-yə enib.
Lakin eyni dövrdə xərçəng diaqnozlarının ümumi sayı 413-dən 607-yə yüksəlib.Mütəxəssislər xərçəng xəstəliyi aşkarlanan şəxslərin sayının artmasının əsas səbəbləri kimi piylənmə, qeyri-sağlam qidalanma, fiziki hərəkətsizlik və alkoqol istifadəsini göstərirlər.
ABŞ-də keçirilən onkoloji konfransda verilən məlumata əsasən, gənclər arasında xüsusilə bağırsaq xərçəngi hallarının həddən artıq kökəlmə ilə sıx bağlı olduğunu deyib.
Araşdırmaya daxil edilən 14 mindən çox xəstənin üçdə birindən çoxu diaqnoz zamanı artıq çəkidə olub.Tədqiqat göstərir ki, gənc xəstələr yaşlılarla müqayisədə daha yüksək stres, yorğunluq və narahatlıq hiss etdiklərini bildirirlər.
Bu məlumatlar “narahatlıq termometri” adlı özünüqiymətləndirmə vasitəsi ilə toplanıb.Gənclərdə xərçəng hallarının artması həm də bağırsaq mikrobiomunun pozulması ilə də əlaqələndirilir.
Mikroplastiklərə və müxtəlif kimyəvi maddələrə məruz qalmaq, eləcə də emal olunmuş qidaların istifadəsi bu tarazlığı poza və xərçəng riskini artıra bilər.
Tam oxu
Xəbəri oxu