Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.
“Mən oğlumu, varlığımı itirdim. Qalan cavanları Allah qorusun. Gənclərdə nədir bu düşüncə, adrenalin?!
Bir az da geridə qalanları, valideynləri düşünün”. Bu sözlər avqustun 30-da Kürdəmirdə baş verən ağır yol-nəqliyyat hadisəsində dünyasını də
Eyni bəlanın onun da qapısını hər an döyə biləcəyinin fərqində olmayan, daha doğrusu, əhəmiyyət verməyən biri üçün bu, sadəcə 4 cümlədir.
Amma bir az düşünəndə bu çağırışdakı yanğını hiss etmək çətin məsələ deyil.
“Varlığımı itirdim...” Bir atanın faciəsi bundan artıq necə ifadə edilə bilər?
Mentalitetimizə görə övladına sevgisini açıq ifadə etməyə, onu qucaqlamağa belə çətinlik çəkən bir ata öz oğluna dair dözülməz kədərini bundan daha dəqiq necə ifadə edə bilər?!.
Gəncləri başa düşürsən, adrenalin, həyəcan, əyləncə.. Bir az da özünü kimlərəsə göstərmək ehtirası...