Gənclərimiz tarixi qələbələrimizin əldə edilməsində müstəsna rol oynayıb Spiker

02.02.2026

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Azərbaycan gəncləri dövlət və cəmiyyət həyatının bütün sahələrində önəmli rol oynayır, ölkəmizin inkişafı, xalqımızın rifahı naminə bütün bilik və bacarıqlarını sərf edirlər".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova deyib.

"Gənclərimiz 44 günlük Vətən müharibəsində, antiterror əməliyyatında, tarixi qələbələrimizin əldə edilməsində müstəsna rol oynamışlar. Gənclər günü münasibətilə bütün Azərbaycan gənclərini üərkdən təbrik edir, onlara möhkəm cansağlığı və uğurlar arzulayıram", - deyə MM sədri bildirib.

Anar Kəlbiyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью