Gənclərimizin vətənpərvərliyinin təqdimatı | Icma.az
Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb.
Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib.
Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.
Hər bir bayram tədbiri bir hesabat xarakteri daşıyır. Keçilən yol təhlil edilir, qarşıdakı dövrün vəzifələri müəyyənləşdirilir.
Qürurvericidir ki, 2020-ci ildə tariximizin şanlı Zəfər səhifəsi yazıldıqdan sonra bütün bayramlarımızı tamamilə fərqli ovqatda, böyük qürur hissi ilə qeyd edirik.
Artıq qalib, bütövləşən ölkə, yenilməz, məğrur, torpaqlarına sahib çıxan xalq olaraq dünyanın diqqətindəyik.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ilin işğalına son qoydu.
Tam oxu
Xəbəri oxu