Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Avtomobil markalarına maraq insanların yaşından, həyat tərzindən və şəxsi seçimlərindən asılı olaraq dəyişir.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ-də “YouGov” tərəfindən aparılan araşdırma avtomobil markalarına marağın yaş qrupları üzrə fərqləndiyini üzə çıxarıb.
Araşdırmaya əsasən, 18–29 yaşlı respondentlərin 35 faizi “Mercedes-Benz”, 32 faizi isə “BMW” markalı avtomobilləri idarə etmək istədiyini bildirib.
Bu yaş qrupunda “Lexus” və “Porsche” markalarına maraq 26 və 25 faiz, “Toyota”ya maraq isə 26 faiz təşkil edib.
30–44 yaş qrupunda “Toyota” 31 faizlə ilk sırada qərarlaşıb. “BMW”yə maraq 25 faiz, “Mercedes-Benz” və “Honda”ya maraq isə ayrı-ayrılıqda 23 faiz olub.
45–64 yaşlı respondentlər arasında “Toyota” daha böyük üstünlük əldə edib. Bu yaş qrupunda markaya maraq 34 faiz təşkil edib. “Honda” 24 faiz, “Ford” və “Chevrolet” isə 22 faiz göstərici ilə fərqlənib. “BMW” və “Mercedes-Benz”ə maraq isə 17 faizə qədər azalıb.
65 yaşdan yuxarı respondentlər arasında da “Toyota” 32 faizlə ən çox seçilən marka olub. “Honda” 23 faiz, “Subaru” isə 21 faiz göstərici ilə növbəti yerlərdə qərarlaşıb.
Araşdırmanın nəticələri gənc yaş qruplarında premium avtomobil markalarına marağın daha yüksək olduğunu, yaş artdıqca isə “Toyota” və “Honda” kimi markalara marağın ön plana keçdiyini göstərir.
Qeyd edək ki, araşdırma 2024-cü il martın 1-dən 2025-ci il fevralın 28-dək 26 mindən çox ABŞ vətəndaşı arasında keçirilən sorğuya əsaslanır.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin