Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir. Bu gün dünyanı narahat edən qlobal problemlərdən biri iqlim dəyişmələri və onun ətr
Son illər iqlim dəyişmələrinin təsiri ilə bağlı planetimizdə təbii fəlakətlərin sayı xeyli artıb.
Dünyanın bir sıra ölkələrində baş verən sel və daşqın hadisələri, torpaq sürüşmələri və digər təbiət hadisələrinin coğrafiyası ildən-ilə genişlənməkdədir.
Bu da insan sağlamlığı və ətraf canlı aləmə zərərli təsir göstərməklə yanaşı, iqtisadiyyat və bizneslər üçün də ciddi risklər yaratmaqdadır.
SİA xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev dekabrın 5-də Bakıda keçirilən Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan Respublikası iqlim dəyişmələrinə həssas, inkişaf etməkdə olan ölkə, beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələri ilə mübarizəyə öz töhfəsini verir.
Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür.
Bu il ölkəmiz qlobal miqyasda metan emissiyalarının 30 faiz azaldılmasını hədəfləyən “Qlobal Metan Vədi” təşəbbüsünə də qoşulub.