Icma.az bildirir, Ses qazeti portalına istinadən.
Dekabrın 1-i dünyada QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Günü kimi qeyd olunur. Bununla bağlı “Muğan Düzü” Sosial İnkişaf İctimai Birliyinin sədri Vidadi Quliyev KİV-ə açıqlamasında gənclərin sağlamlığı və maarifləndirilməsi ilə bağlı vacib çağırışlar səsləndirib. QHT sədri bildirib ki, QİÇS-lə mübarizə yalnız tibbi xidmət deyil, həm də maarifləndirmə və düzgün davranış vərdişlərinin formalaşdırılması məsələsidir: “Gənclərin QİÇS-dən qorunması üçün əsas prioritet düzgün məlumatlanma, təhlükəsiz davranışlara üstünlük verilməsi və vaxtaşırı testdən keçməkdir. QİÇS-lə yaşayan insanlara insani və anlayışlı münasibət göstərmək isə cəmiyyətin sağlam inkişafının vacib hissəsidir.”
O, Azərbaycanda qeyri-hökumət təşkilatlarının bu sahədə rolunu yüksək qiymətləndirdiyini vurğulayıb:
“QHT-lər tərəfindən gənclərlə əməkdaşlıq çərçivəsində keçirilən maarifləndirici tədbirlər QİÇS-lə mübarizəyə əhəmiyyətli töhfə verir. Bu fəaliyyətlərin davamlı olması gənclərin sağlam gələcəyi üçün çox vacibdir. QİÇS-in real yoluxma yolları barədə düzgün informasiya cəmiyyətdə yanlış təsəvvürlərin qarşısını alır, profilaktik tədbirlər isə infeksiyanın yayılmasının qarşısını almaqda mühüm rol oynayır".
QHT sədrinin gənclərə əsas tövsiyələri: QİÇS-in yoluxma yolları haqqında düzgün məlumatlı olmaq Sağlam və təhlükəsiz davranışlara üstünlük vermək Müntəzəm şəkildə testdən keçmək QİÇS-lə yaşayan insanlara insani və anlayışlı münasibət göstərməkVidadi Quliyev onu da qeyd edib ki, QHT rəhbəri kimi gənclərin sağlamlığının qorunması üçün bu şərtlərin hər birinin vacib və əsaslı olduğunu düşünür.