“Gənclərin rəqabət mühitinə düşməsi onların inkişafına təkan verəcək”

22.09.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Uqanda Futbol Assosiasiyaları Federasiyasının (FUFA) baş icraçı direktoru Edqar Uotson Suubi Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalı haqqında fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, Uqanda təmsilçisi oktyabrın 22-dən 31-dək Azərbaycanın paytaxtı Bakıda təşkil olunacaq ilk analoji turnirdə mübarizə aparacaq. Uqanda yığması yarışın U qrupunda Tonqa, Qırğızıstan, Kabo-Verde, Ekvador və Ekvatorial Qvineya komandaları ilə birgə yer alıb.

Mötəbər turnir innovativ 8×8 formatında və 20 dəqiqəlik iki hissədən ibarət olacaq. İlk dəfə təşkil edilən yarışda FIFA-nın altı konfederasiyasından ümumilikdə 191 komanda iştirak edəcək.

Uqanda futbolunun rəhbər şəxslərindən olan Edqar Uotson Suubi gənc futbolçuların beynəlxalq arenada təcrübə qazanmasının vacibliyini vurğulayıb:

“FIFA-nın bu addımı son dərəcə təqdirəlayiqdir. Gənclərin erkən yaşda beynəlxalq arenada təcrübə qazanması və rəqabət mühitinə düşməsi onların inkişafına, eləcə də özünəinamına böyük təkan verəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью