Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.
Ölkə rəhbərinin 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan etməsi dağlar diyarı Yardımlıda da böyük sevinclə qarşılanıb. Bununla əlaqədar rayonun bütün guşələrində vaxtaşırı müxtəlif səpkili tədbirlər görülür.
Növbəti belə tədbirlərdən biri isə Yardımlı Rayon Tarix-Diyarşünaslıq Muzeyində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Şəhərsalma Memarlıq İli” çərçivəsində “Gənclərin tarixə səyahəti” adlı ekskursiya olub.
Ekskursiyada Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Yardımlı rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, yeniyetmə və gənclər iştirak eiblər.
Ekskursiyada Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Yardımlı rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı, Yardımlı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru və digər əməkdaşlar "Şəhərsalma Memarlıq İli” çərçivəsində Yardımlıda qədim şəhər tipli yaşayış məskənləri və maddi mədəniyyət nümunələri barədə ətraflı məlumat veriblər .
Gənclərin muzeylərə ekskursiyasının məqsədi qədim keçmişə malik xalqımızın milli-mənəvi dəyərlərin və zəngin tariximizin təbliğində, eləcə də gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində əvəzsiz rol oynayır. Bu səfərlər, həmçinin gənclərin dünyagörüşünü artıraraq, onlara xalqın keçmişi ilə canlı ünsiyyət qurmaq imkanı yaradır.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü