Gənclərin tək qalması real təhlükəyə çevrilir

19.01.2026

Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.

Gənc yaşında olan şəxslərin uzunmüddətli tənhalığı risklidir. Bu, almaniyalı tədqiqatçıların yeni araşdırmaları zamanı bəlli olub.

Reyting.az xəbər verir ki, Sürix Universiteti alimlərinin bu sahədə apardıqları elmi araşdırmalarla bağlı "Journal of Personality and Social Psychology" jurnalında məqalə dərc edilib.

Elm adamları qeyd ediblər ki, gənclik dövründə uzun müddət tək, eləcə də münasibətsiz qalmağın psixi sağlamlığa mənfi təsiri daha çoxdur. Alimlər bu cür hallardan qaçmağı tövsiyə edirlər.

Yeni araşdırmalarda Almaniya və Böyük Britaniyanın təxminən 17 min gəncinin məlumatları təhlil edilib.

Araşdırmaya 16 yaşında başlayan, eləcə də münasibət təcrübəsi olmayan iştirakçılar, yəni 29 yaşadək olanlar cəlb edilib. Nəticələrə görə, uzun müddət tək qalanlar əsasən kişilər, ali təhsilli şəxslər və yeniyetməlikdə psixoloji vəziyyətini zəif qiymətləndirənlər olub.

Tədqiqatçılar bildirirlər ki, təhsilə, həmçinin karyeraya fokuslanmaq şəxsi həyatın təxirə salınması ilə də əlaqəli ola bilər.

Alimlərin fikrincə, zamanla uzunmüddətli tək qalanlarda həyat məmnuniyyəti azalır, özünütəcrid hissi güclənir, 30 yaşa yaxın isə depressiya əlamətləri tez-tez müşahidə olunur. O cümlədən ingilis araşdırmaçıları da birgə çalışdıqları, Sürix Universitetindən olan həmkarları ilə eyni fikirləri bölüşüblər.

Məqalədə vurğulanır ki, ilk romantik münasibətlərin başlanması iştirakçıların həyat sevgisini və zövqünü artırmaqla, psixoloji vəziyyətlərinə müsbət təsir göstərir. Məhz bunun nəticəsində təkliyin mənfi təsiri çox sürətlə zəifləyir.

Oqtay QORÇU


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью