Gənclərin xaricə miqrasiyası ölkədə kadr çatışmazlığı və sosial dəyişiklik yaradır İQTİSAD…
Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Son illərdə gənclərin xaricə miqrasiya meyli Azərbaycan cəmiyyətində ciddi sosial və iqtisadi dəyişikliklərə yol aça bilər.
İlk növbədə, bu proses ölkədə əmək resurslarının azalmasına səbəb olur.
İxtisaslı və gənc işçi qüvvəsinin kütləvi şəkildə xaricə üz tutması daxili bazarda kadr çatışmazlığı yaradır, xüsusilə texnologiya, mühəndislik və səhiyyə kimi sahələrdə peşəkar mütəxəssislərin sayı azalır".
Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Emin Qəribli deyib.
Onun sözlərinə görə, bu da uzunmüddətli perspektivdə iqtisadi inkişaf tempinə mənfi təsir göstərə bilər: "Sosial baxımdan, gənclərin kütləvi miqrasiyası ailə strukturlarında parçalanmaya gətirib çıxarır.
Valideynlər və övladlar arasında məsafə artır, ailə bağları zəifləyir.
Eyni zamanda, gənclərin ölkədən getməsi cəmiyyətin dinamikliyinə, mədəni mühitə və sosial innovasiyalara mənfi təsir edir.
Tam oxu
Xəbəri oxu