Gənclik də dayanacağı süküb, yerində nə tikirlər? RƏSMİ

07.09.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, "Gənclik" metrostansiyasının yanında, Fətəli xan Xoyski küçəsi - 5 ünvanında, Atatürk parkının qarşısındakı yerləşən “Kənddən Şəhərə” yarmarkasının qarşısında sərnişinlər üçün ciddi problem yaranıb. 

Ərazidə aparılan tikinti işləri ilə əlaqədar avtobus dayanacağı sökülüb. Bu səbəbdən avtobus gözləyən insanlar yolun kənarında gözləməyə məcbur olurlar. 

Hazırda havanın isti və küləkli olması sərnişinlərin vəziyyətini daha da çətinləşdirir. Dayanacağın olmaması xüsusilə yaşlı insanlar, uşaqlar və uzun müddət avtobus gözləməli olan sərnişinlər üçün narahatlıq yaradır. Əsas narahatlıq isə hava şəraitinin dəyişəcəyi ilə bağlıdır.

Qarşıdakı günlərdə yağış yağacağı təqdirdə sərnişinlərin avtobus gözləyərkən sığınacağı yer olmayacaq. Belə olan halda insanlar həm yağışın altında qalacaq, həm də yol kənarında təhlükəli ərazidə dayanmaq məcburiyyətində olacaqlar.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) “Cebheinfo.az”-a bildirilib ki, sözügedən ərazidə sərnişinlərin rahatlığı üçün yeni avtobus dayanacağı təşkil ediləcək:

“Minmə-düşmə sahəsi yola daha yaxın olacaq, platformanın uzunluğu artacaq və daha nizamlı hərəkət üçün şərait yaradılacaq”.

Gülər Həsənli
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью