Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakıdakı "Gənclik Mall" ticarət mərkəzində həyəcan siqnalı verilib.
Şahidlərin BAKU.WS-ə verdiyi məlumata görə, yanğın hadisəsi "Massimo Dutti" mağazasında baş verib.
Hadisə yerindən görüntünü izləyici redaksiyamıza göndərib.
Yanğınla bağlı "Gənclik mall"un sosial media hesablarında da məlumat paylaşılıb.
Həmin paylaşımda deyilir:
"Əziz izləyicilər və qonaqlarımız! Bir neçə dəqiqə öncə Gənclik Mall ticarət mərkəzimizdə texniki xəta baş vermiş və xəbərdarlıq sistemi işə düşmüşdür. Hazırda ticarət mərkəzində hər şey qaydasındadır. Müvəqqəti narahatlığa görə üzr istəyirik. Xoş istirahətlər arzu edirik".