Gənclik Mall un qarşısında hərəkətə yeni düzən: Dropoff məntəqəsi yaradıldı

10.06.2025

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakının Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsində ("Gənclik Mall"un qarşısı) yol hərəkətində yenidən dəyişiklik edilib.

BAKU.WS xəbər verir ki, bu barədə nəqliyyat eksperti Eldəniz Cəfərov öz səhivəsində paylaşım edib.

Belə ki, "Gənclik Mall"un parkinq girişində mindirib-düşürmə üçün xüsusi "dropoff" məntəqəsi yaradılıb. Bununla yanaşı, ərazidə geriyədönmə hissəsi də təkmilləşdirilib.

Yeni məntəqə "Gənclik Mall"un ikinci girişində, Xoyski və Olimpiya küçələrinin kəsişməsində yerləşir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью