“Gənclik Mall”un qarşısıda daha bir yenilik: taksi ilə...

10.06.2025

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı şəhəri Nərimanov rayonu ərazisində - Fətəli Xan Xoyski küçəsində (“Gənclik Mall”un qarşısı) daha bir yenilik edilib.

Axar.az Modern.az-a istinadla xəbər verir ki, ​“Gənclik Mall”ın qarşısında taksiyə minib-düşmə üçün xüsusi ərazi təşkil olunub.

Məntəqə “Gənclik Mall”ın ikinci girişində, parklanma bölgəsində yerləşir. Taksilər bu ərazidə 3 dəqiqə ərzində dayana, sərnişinləri mindirə və düşürdə biləcək.

Xatırladaq ki, bundan əvvəl Fətəli xan Xoyski küçəsindəki zolaqlar silinərək yenidən çəkilib və 3 hərəkət zolağı 4 hərəkət zolağı ilə əvəzlənib.

AYNA-nın etdiyi digər dəyişikliklə ticarət mərkəzinin qarşısında avtobus zolağının bir hissəsində sarı tor işarəsi çəkilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью