“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? VİDEO

18.06.2026

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıdakı məşhur ticarət mərkəzi ilə bağlı görüntülər narazılığa səbəb olub.

Avtosfer.az-ın sosial şəbəkə hesabına izləyicilərdən biri tərəfindən video göndərilib. Görüntülərdə “Gənclik Mall”un pəncərələrini silən təmizlik işçilərinin təhlükəsizlik alətlərindən istifadə etmədiyi aydın olur. Belə ki, işçilərin həm qoruyucu dəbilqəsi, həm əlcəkləri, həm də sürüşməyən ayaqqabısı olmadığı videodan da görünür. Eyni zamanda həmin şəxslərin iş icra edərkən iki təhlükəsizlik kəndirindən istifadə etməsi əvəzinə, hər birinin yalnız 1 ipdən istifadə etdiyi də gözdən yayınmır.

Halbuki bu cür təhlükəli işlərdə kəndirdən möhkəm yapışmaq üçün əlcəklərin, küləkli havada dayanıqlılığı qorumaq üçün iki kəndirin, dəbilqənin və obyektin divarlarına etibarlı söykənmək üçün sürüşməyən ayaqqabının olması mütləqdir.

Səfər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью