“Gənclik” mübadilə mərkəzinə avtobusların girişi BAĞLANDI

27.11.2024

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sabah Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutaçaq oyunla əlaqədar “Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb.

Bu barədə Modern.az-a Azərbaycan Yersüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, 13 müntəzəm marşrut üzrə 160-a yaxın avtobusun dayanacaq yeri “Gənclik Mall”un qarşısındakı məntəqədən təşkil edilib.

Xüsusi avtobus zonası oyuna üz tutacaq azarkeşlərin ixtiyarına verilərək onların maneəsiz hərəkətləri təmin ediləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью