Gənclik NMMə avtobusların girişi MƏHDUDLAŞDIRDI

27.11.2024

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Sabah Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutaçaq oyunla əlaqədar “Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb.

Bu barədə Redaktor.az-a Azərbaycan Yersüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, 13 müntəzəm marşrut üzrə 160-a yaxın avtobusun dayanacaq yeri “Gənclik Mall”un qarşısındakı məntəqədən təşkil edilib.

Xüsusi avtobus zonası oyuna üz tutacaq azarkeşlərin ixtiyarına verilərək onların maneəsiz hərəkətləri təmin ediləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью