Gənclik NMMə avtobusların girişi məhdudlaşdırıldı

27.11.2024

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sabah Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutaçaq oyunla əlaqədar “Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb.

Bu barədə Avtosfer.az-a Azərbaycan Yersüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, 13 müntəzəm marşrut üzrə 160-a yaxın avtobusun dayanacaq yeri “Gənclik Mall”un qarşısındakı məntəqədən təşkil edilib.

Xüsusi avtobus zonası oyuna üz tutacaq azarkeşlərin ixtiyarına verilərək onların maneəsiz hərəkətləri təmin ediləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью