“Gənclik” NMMə avtobusların girişi məhdudlaşdırıldı

27.11.2024

Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.

Sabah Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq oyunla əlaqədar “Gənclik” Nəqliyyatı Mübadilə Mərkəzinə (NMM) avtobusların girişi məhdudlaşdırılıb.

Teleqraf.com bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, 13 müntəzəm marşrut üzrə 160-a yaxın avtobusun dayanacaq yeri “Gənclik Mall”un qarşısındakı məntəqədən təşkil edilib.

Xüsusi avtobus zonası oyuna üz tutacaq azarkeşlərin ixtiyarına verilərək onların maneəsiz hərəkətləri təmin ediləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью