Gənclik NMMə avtobusların girişi məhdudlaşdırıldı

27.11.2024

Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

Sabah Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutaçaq oyunla əlaqədar “Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb.

Bu barədə Adalet.az-a Azərbaycan Yersüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, 13 müntəzəm marşrut üzrə 160-a yaxın avtobusun dayanacaq yeri “Gənclik Mall”un qarşısındakı məntəqədən təşkil edilib.

Xüsusi avtobus zonası oyuna üz tutacaq azarkeşlərin ixtiyarına verilərək onların maneəsiz hərəkətləri təmin ediləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью