Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Sumqayıtın arixi Muzeyində Azərbaycan milli mətbuatın 150 illik yubileyi münasibətilə şəhərdə fəaliyyət göstərən jurnalistlərlə görüş keirilib.
Tədbirin təşkilatçıları AYB Sumqayıt şöbəsi və Sumqayıtın tarixi muzeyidir.
Muzeyin direktoru vəzifəsini icra edən Namiq Əliyev media nümayəndələrini salamlayaraq, şəhərin tarixi salnaməsinin yazılmasında əsas mənbə kimi kütləvi informasiya vasitələrinin rolunu yüksək qiymətləndirdi.
Ardınca muzeydə şəhər mətbuatına, qələm sahiblərinin yaradıcılığına həsr edilmiş guşələrlə tanışlıq oldu.
Muzeyin konfrans zalında tədbiri giriş sözü il AYB Sumqayıt şöbəsinin sədri Gülnarə Cəmaləddin açaraq dedi: “Millətin varlığının rəmzi sayılan ana dilinin formalaşması və inkişafı ilk növbədə şair və yazıçıların, eləcə də jurnalistlərin yaradıcılığı sayəsində baş verir.
Bu baxımdan bünövrəsi 1875-ci ildə dəyərli ziyalımız, maarifpərvər Həsən bəy ərdabinin ideyası əsasında “Əkinçi” qəzeti ilə qoyulan anadilli mətbuatımızın yaranması böyük tarixi hadisə idi.
Azərbaycan jurnalistikası təşəkkül tapdığı vaxtdan ötən 150 ildə çox uzun və şərəfli bir yol keçib.