“Gənclik”də 2 marşrut avtobusu toqquşdu Foto

03.03.2026

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda marşrut avtobusları toqquşub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində metronun “Gənclik” stansiyasının qarşısındakı dayanacaqda baş verib.

133 və M8 saylı marşrut xətlərinə məxsus avtobusların toqquşması nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Hadisə zamanı xəsarət alan olmayıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью