Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının təşkilatçılığı, "Mədəniyyət Könüllüləri" İctimai Birliyinin dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş "Gəncliyin ritmi" adlı Neon konsert proqramı təqdim olunub.
Konsertdə gəncliyin enerjisini əks etdirən xüsusi ifalar, sevilən müğənnilərin çıxışları, neon işıq effektləri və dinamik musiqi axşamı tamaşaçılara unudulmaz anlar yaşadıb.
Tədbirdə gənc ifaçılar "East or West" qrupu, Arzu Hüseynov, Sabir Əliyev, Sübhan Rüstəmov, Nigar Tağıyeva, Ramazan Şərifzadə, Tofiq Hacıyev, İdris Hüseynov, Sübhan Məmmədzadə, Əlifaiq Mirzəyev, İlqar Bəkirov, Babək Əfəndi və Ema kimi ifaçılar səhnə alıblar.
"Gəncliyin ritmi" adlı neon konsert müasir musiqi üslubu və vizual həlləri ilə seçilərək, teatr səhnəsində fərqli atmosfer yaradıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az