Gəndab kəndində “44” abidəsi istifadəyə verildi VİDEO

17.11.2025

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Şabran rayonunun Gəndab kəndində yerləşən Şəhidlər və qazilər bağında Vətən Müharibəsindəki tarixi qələbəmizə həsr olunmuş "44" abidəsinin açılış mərasimi olub. 
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Milli Dirçəliş gününə təsadüf edən açılış mərasimində şəhid ailələri, ictimaiyyət təmsilçiləri, Şabran İcra Hakimiyyətinin əməkdaşları iştirak edib.
Abidənin qurulmasının təşəbbüskarı, 1-ci Qarabağ Müharibəsi veteranı Rəşad Heydərov saytımıza açıqlamasında ərsəyə gələn abidədən danışıb.
O, deyib ki, abidə 1-ci Qarabağ Müharibəsi veteranı olan qardaşı Rəhman Heydərovun və bir çox xehirxah insanların maliyyə dəstəyi ilə inşa olunub. Şabran İcra Hakimiyyəti isə abidə üçün torpaq sahəsi ayırıb. Milli Məclisin üzvü Mahir Süleymanov da həmçinin dəstək göstərib.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью