Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Gender bərabərliyi sahəsində məlumatlılığın artırılması məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Qadın və gender məsələləri şöbəsinin əməkdaşı Xumar İlqar qızı tərəfindən Nazirliyin və tabeliyində olan qurumlarının 55 nəfər əməkdaşına “Gender bərabərliyinin təmin edilməsi və iş mühitində gender yanaşmasının təşviqi” mövzusunda təlim keçirilib.
XQ xəbər verir ki, təlim zamanı gender bərabərliyi, iş mühitində gender yanaşması, seksual qısnama, qanunvericiliyə edilən son dəyişikliklər, iqlim dəyişikliyinin qadınlara təsiri haqqında məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.